Zaurun sualı Ramalı əsəbiləşdirdi

Zaurun sualı Ramalı əsəbiləşdirdi
Globus Travel
Globus Travel
Globus Travel

Müğənni Ramal İsrafilov “5/5” verilişinin qonağı olub.

10line Axşam.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamal ifaçıya “Deyirdin, mahnımı Tarkan oxuyacaq. Necə oldu, oxudu” sualını ünvanlayıb. Onun bu sözləri Ramalı əsəbiləşdirib və ifaçı etirazını bildirib:

“Özümüzdən danış, Tarkan nədir. O, orda, mən burada. Üç ilin söhbətini fırladıb gətirib aparatlı verilişinə salırsan. Nə qədər ki, niyyətin yanlış yerə yönəlir, olmayacaq. Niyə olmasın ki? Onlar gözləyir mən mahnı yazım göndərim”.

Zaur isə “Niyətim hər zaman yaxşı olub. Bayaqdan səni tərifləyirəm” cavabını verib.