Xalq artistinə "ev qiymətinə" hədiyyə verildi - Özü efirdə AÇIQLADI

Xalq artistinə "ev qiymətinə" hədiyyə verildi - Özü efirdə AÇIQLADI
Globus Travel
Globus Travel
Globus Travel

"Hər səhər" proqramında qonaq olan xalq artisti Səməd Səmədov həmkarı Ağadadaş Ağayevin ona etdiyi "hədiyyə"dən danışıb.

10line Milli.az-a istinadən xəbər verir ki, S.Səmədov həmkarının heç zaman efirdə ifa etmədiyi bir mahnısını təmənnasız ona bağışladığını deyib.

Bu da Səmədin açıqlaması:

"Ağadadaşın heç vaxt efirdə ifa etmədiyi "Getmə-getmə" adlı mahnısını Youtube-da eşitdim. Zəng edib, dedim "Ağadadaş, bəlkə bu mahnını mənə hədiyyə edəsən?" Ağadadaş "Heç kimə hədiyyə etməzdim bunu, sənə verərəm. Götür oxu!" cavabı verdi. Aranjemanı, hər şeyi hazır vəziyyətdə verdi. Demək olar ki, Ağadadaş ev, maşın qiymətində mənə hədiyyə elədi".