Xalq artisti: Onları öldürmək, dərisini soymaq lazımdır - VİDEO

10LINE.az Oxu.az - a istinadən xəbər verir ki, Xalq artisti Məleykə Əsədova “Bizimləsən” verilişinin qonağı olub.

Aktrisa son vaxtlar baş verən cinayətlərdən danışıb.

Əsədova bildirib ki, insanlar qəddarlaşıblar:

“Üzümü tutub efirdən insanlara müraciət edirəm. Deyirlər, filankəs kiminsə qızına sataşdı və yaxud başqa məsələlər... Bunlar olmasaydı, bu qədər insanı həbs etməzdilər haqsız yerə. Onlara nəinki iş vermək, gərək xalqın qarşısında dərisini soyalar.  

İnsanlar bu qədər cəlladlaşıb? Qadın öz ərini, atası övladını bıçaqlayır. Elə rahat danışırlar ki... İnsan toyuğun başını kəsəndə baxmaq istəmir, üzünü çevirir. Necə ola bilər ki, insan insanı öldürür, ata balanı, bala atanı döyür, cavan uşaqlara sataşırlar.

Onları öldürmək lazımdır. Onların üstündən elə-belə keçmək olmaz. Onsuz da o biri dünyada cəzalarını çəkəcəklər”.