Türkiyəli aktrisa Kannda dərin sinə dekoltesi ilə göz qamaşdırdı - FOTO

Türkiyəli aktrisa Kannda dərin sinə dekoltesi ilə göz qamaşdırdı - FOTO
Globus Travel
Globus Travel
Globus Travel

"Gümüş" serialından tanıdığımız 39 yaşlı aktrisa Söngül Öden qüsursuz bədəni və sinə dekolteli ilə göz qamaşdırıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Söngül Öden “Hayat Gibi” serialındakı tərəf müqabili Birkan Sokullu ilə Kanna gedib. Aktyorlar Kannda keçirilən serial, film və digər TV layihələri sərgisində iştirak edib.

Songül Öden gecə üçün türkiyəli dizayner Dilek Hanifdən dərin sinə dekolteli uzun libas seçib. O, libası ilə bütün diqqətləri üzərinə çəkə bilib. Saçını sıx toppuz yığan ulduz obrazını antik boyunbağı ilə tamamlayıb.

Tədbirdə “Karadeniz” serialının baş rol qəhrəmanları İrem Helvacıoğlu və Ulaş Tuna Astepe da iştirak edib. Söngüldən fərqli olaraq, İrem Helvacıoğlu yerə qədər sürünən qapalı libasa üstünlük verib. O, sadə kürək dekoltesi ilə kifayətlənib.