«Turetski xoru»nun konserti

«Turetski xoru»nun konserti
Globus Travel
Globus Travel
Globus Travel

Oktyabrın 10-da 20:00-da Heydər Əliyev Mərkəzində «Turetski xoru»nun konserti keçiriləcək. Art qrupu Bakı konsertində repertuarında olan ən məşhur kompozisiyaları – dünya klassikasının şedevrlərindən tutmuş xalq mahnılarına qədər müxtəlif hitləri təqdim edəcək. Turetski xoru» 21-ci əsrin musiqi fenomeni, dünyanı heyrətləndirən unikal səsə, geniş vokal imkanlara, aktyor ustalığı və qeyri-adi xarizmaya sahib ifaçıların sinerjisidir. «Turetski xoru» debütünü 1990-cı ildə edib. Art qrupunun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir. 

Kollektivin repertuarı sərhədsizdir – onlar dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif əsərlər ifa edirlər. Qrupun ifasında 10-dan artıq dildə kompozisiyalar yer alıb.