Tacirdən meyxanaçılara: "Niyə səviyyəni aşağı salırsınız?"

Tacirdən meyxanaçılara: "Niyə səviyyəni aşağı salırsınız?"
Globus Travel
Globus Travel
Globus Travel

Müğənni Tacir Şahmalıoğlu meyxanaçıları ələ salıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi "Şou ATV" proqramında meyxanaçının mahnı oxumasını bəyənmədiyini deyib:

"Meyxananı hər zaman xoşlamışam. Meyxanaçılara çox böyük hörmətim var. Meyxanaçılar oxumaq stilinə keçib. Onlara müraciət edirəm ki, çox gülməli çıxır. Meyxana başqa şeydir, səviyyəli folklordur. Oxumaq olar, gülməli çıxır. Niyə səviyyəni aşağı salırsınız? Meyxanaçı kimi qal, xalq da səni sevsin. İndi onsuz hamısı elədir. Meyxanaçı kimi gəlir, sonra mahnı yazdırır. Nə qədər oxusan da, məndən yaxşı olmayacaqsan"