Surroqat ana məşhur cütlüyə uşaq dünyaya gətirdi

Surroqat ana məşhur cütlüyə uşaq dünyaya gətirdi
Globus Travel
Globus Travel
Globus Travel

44 yaşlı Robbi Uilyamsın ailəsində üçüncü uşaq dünyaya gəlib. 
 

10line xəbər verir ki, 39 yaşlı aktrisa Ayda Fildlə ailəli olan müğənninin qızı doğulub. Körpə Los-Ancelesdə doğulub.

"Bu vaxta qədər xəbəri sirr saxladıq. Qızımız doğuldu. Bu dünyaya xoş gəldin, Kolett Cozefin Uilyams. Uzun və ağır yol keçdik. ona görə də bunu heç kimə demədik. Bu balaca xanım, bioloji cəhətdən bizim övladımızdır. Onu möhtəşəm surroqat ana daşıyıb. bizim Teddi və Çarlimiz var idi. İndi də bu balaca şahzadə gəldi" deyə, cütlük açıqlamasında bildirib.