"Sənsiz ruhsuz, solmuş varlıq olardım" - Məleykə

"Sənsiz ruhsuz, solmuş varlıq olardım" - Məleykə
Globus Travel
Globus Travel
Globus Travel

Xalq artisti Məleykə Əsədovanın qızı Gülərin ad günüdür. 
 

10line Axşam.az-a istiinadən xəbər verir ki, aktrisa övladını 13 yaşı tamam olması münasibətilə təbrik edib. Əsədova sosial şəbəkədə qızıyla fotolarını paylaşaraq bunları yazıb:

"Dünyama işıq, ruh, sevinc, həyat gözəlliyi qatan, döyünən ürəyim, aldığım nəfəsim, 13 yaşın mübarək. "Ana" deyən səsinə, dilinə qurban olum. Mən "ana" olduğum üçün Allaha sonsuz şükürlər edirəm. Mənə ağıllı, sağlam övlad bəxş edib. Nə yaxşı ki, varsan, yaşamaq eşqim. Sən anasız ömrümə gəlməsəydin, mən solmuş, ruhsuz, bir varlıq olardım. Yaşamaq eşqimi gəlişinlə həyatıma qaytardın. Balaca saf dünyamda övladım üçün onu gələcəyə ağıllı, sevgidolu, vətənini sevən, savadlı, pisliklərdən uzaq yetişdirmək arzusu ilə yaşayıram. Allahdan ömür istəyirəm ki, övladımı sağlam, ali təhsilli böyüdüm, xoşbəxt gününü görüm. Sevgim, ürəyim, Gülərim. Allah səni mənə, məni sənə çox görməsin".