Seda Sayana nə olub? - FOTOLAR

Seda Sayana nə olub? - FOTOLAR
Globus Travel
Globus Travel
Globus Travel

Müğənni Seda Sayan İnstaqram hesabında paylaşdığı şəkli ilə izləyicilərini qorxudub.

10line Axşam.az-a istinadən xəbər verir ki, ifaçı bir dükanın qarşısında yerə uzanmış vəziyyətdə çəkilmiş fotosunu sosial mediada yerləşdirib.

Sosial şəbəkə istifadəçiləri Sedanın yerə yıxıldığını düşünsələr də, sonradan Seda açıqlama verərək bunu "Yıxılan ulduzlar" trendinə qoşulmaq üçün etdiyini qeyd edib.

Qeyd edək ki, son günlər İnstaqramda yeni trend yaranıb. Əvvəlcə zəngin uşaqların hesabından yayılan bu trendə sonradan adi insanlar, hətta, məşhurlar da qoşulub.

 

İzləmə rekoru qıran bu aksiyanı ilk dəfə dicey Smaş başlayıb. O, təyyarədən düşən zaman yerə uzanmış şəklini "Yıxılan ulduzlar" adı altında paylaşıb.