Şakira xəstəxanalıq oldu, konsert təxirə düşdü

Şakira xəstəxanalıq oldu, konsert təxirə düşdü
Globus Travel
Globus Travel
Globus Travel

Məşhur kolumbiyalı müğənni Şakira Los-Ancelesdəki konsertini ləğv edib.

Buna səbəb sənətçinin səhhətində problem yaranması olub. Virusa yoluxan Şakira xəstəxanaya yerləşdirilib. Həkimlər bir neçə gündən sonra onun ayağa qalxa biləcəyini deyiblər.

Avqustun 28-də səhnəyə çıxan ifaçı konsertin yaxşı keçməsindən ilhamlanıb. Müğənni Los-Ancelesdə iki konsert planlaşdırsa da, yalnız birini verə biləcək. Belə ki, “El Dorado World Tour”a daxil olan Şakira konserti sentyabrın 3-də olacaq. 

“Los-Ancelesdəki konsertdən sonra özümü pis hiss etməyə başladım. Səhər yuxudan oyananda isə gördüm ki, virus məni yaxalayıb. Buna görə də bağışlayın, səhnəyə çıxa bilməyəcəm" deyə, Şakira bildirib.