Rəmiş qohumlarından imtina edib

10line   Axşam.az- a istinadən xəbər verir ki, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) qohumlarından imtina edib. 
Axşam.az-ın məlumatına görə, gitara ifaçısı "Şou ATV" verilişində anasının da ona qayğı göstərmədiyini deyib:

"Əsgərlikdə, orda-burda olmuşam. Ana qayğısı görməmişəm. Anama pul verib gedirdim. Amma ona pul lazım deyildi, tək istəyi övladı idi. Anaya yaxşı gün göstərmək lazımdır. 

Mənim qohumlarım da yox kimidir. Xəstə olanda yanıma gəlmədi, niyə onları qohum bilim? Heç nəyim olmayanda mənə nəsə vermədilər. İndi isə mənim hər şeyim var, amma onlara heç nə vermirəm. Yetim-yesirə əl tuturam".