"Qızım, bu gündən yolumuz daha çətin olacaq" - FOTO

"Qızım, bu gündən yolumuz daha çətin olacaq" - FOTO
Globus Travel
Globus Travel
Globus Travel

Aparıcı Vüsalə Əlizadənin qızı Dilək bu il birinci sinfə yollanıb.
 

10line Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı İnstaqram hesabında yazıb. Özü də qızı ilə birgə məktəbli forması geyinən Vüsalə paylaşımına bu sözləri qeyd edib:

“Gözəl qızım, səninlə əl-ələ 6 il uğurlu bir yol gəldik, bu gündən yolumuz daha çətin, enişli-yoxuşlu olacaq. Bu sınağında da əlin əlimdə olacaq. Səninlə böyüdüm, səninlə həyatı, insanları, bilmədiklərimi öyrəndim, dünyanı səninlə kəşf etdim, Allahımdan tək istəyim həyat sınağından səni alnıaçıq, üzüağ çıxarmağıma möhlət verməsidir. Bu günki həyəcanın dadını heç vaxt dadmamışdım, sevinc dolu hisslərimi göz yaşım isladır, xoşbəxtlikdən ağlamaq buna deyirlər. İlk dərs günün mübarək, nəfəsim”.