Qalaya qatılan Pərvini Monika Belluçiyə bənzətdilər – FOTOLAR

Qalaya qatılan Pərvini Monika Belluçiyə bənzətdilər – FOTOLAR
Globus Travel
Globus Travel
Globus Travel

Ötən gün “2 MAL” filminin qala gecəsi baş tutub. Qalaya dəvət alanlar arasında Pərvin Abıyeva da olub. Qalaya qatılan cazibədar aktrisa Monika Belluçiyə bənzərliyi ilə diqqət çəkib.

10line.az xəbər verir ki, Ordan-Burdan.com-un əməkdaşı Monika Belluçiyə bənzədilən Pərvin Abıyeva ilə söhbət aparıb.

-Salam Pərvin xanım. Necəsiz?

-Salam. Sağolun yaxşıyam.

-Filmə təklif almışdız?

-Yox.

-İstərdinizmi?

-Bilmirəm.

-Yeni layhələriniz haqda nə deyə bilərsiz?

-Hələlik bir yenilik yoxdu. Bir-neçə layhə üzərində işlədim, fikirləşdim. Ama məni qane etmədi, imtina etdim.

-Yeni təkliflər alırsız?

-Təbii ki.

-Xaricdən təkliflər alırsız?

-Türkiyədən bir təklif aldım. Ama onunlada alınmadı.

-Niyə alınmadı?

-Bəzi üst-üstə düşməyən nüyaslar oldu. O səbəbdən.

-Film haqqında təəssüratlarınız.

-İndilik heç bir şey deyə bilmərəm. Yanlız film bitəndə.

-Mənsur Şərif və Rəsul Abbasov haqda nə deyə bilərsiz?

-İkisini də sevirəm. İstedadlı oğandılar. İşlərinin də uğurlu olmasını diləyirəm.

-Azərbaycanda ən çox izlədiyiniz vayner?

-Hamısını tanıyıra demək olar ki. Və izləyirəm sosial şəbəkə vasitəsilə. Ama belə dəqiq deyə bilmərəm ki, hansı daha yaxşıdı.

-Sizi qıcıqlandıran xanım vayner varmı?

-Mən vayner deyiləm məni niyə qıcıqlandırsınlar.

-Sadəcə olaraq bəziləri var ki, 2-3 vayn çəkib tanındıqdan sonra….

-Onların işi başqa mənim işim başqa.

-Bəs özlərini aktrisa etmək istəyən xanım vaynerlərə münasinətiniz.

-Vallah, bu onların öz problemidi, özləri bilər. Mənim kimləsə konflikt yaratmağa nə həvəsim, nə halım, nə də vaxtım var.