"Pəncərədən tullandım..." - İrem Derici

"Pəncərədən tullandım..." - İrem Derici
Globus Travel
Globus Travel
Globus Travel

Müğənni İrem Derici İstanbulda verdiyi konsertdən əvvəl media nümayəndələri ilə görüşüb.

10line Axşam.az-a istinadən xəbər verir ki, ifaçı ünvanlanan sualları yarı zarafat, yarı gerçək cavab verib. 

İrem hər dəfə eşq yaşayanda sevgilisinə özünün evlilik təklifi etdiyini söyləyib:

"Hamını yox, amma ürəyim istəyən şəxsi özümə aşiq edərəm. Hazırda isə heç bir münasibət yaşamıram".

Derici daha sonra "Bir dəfə məktəbdə hamı haqqımda danışsın deyə, pəncərədən tullandım. Diqqətdən xoşum gəlir" sözlərini əlavə edib.