Nazpəri canlı yayımda verilişi tərk etdi - QALMAQAL + VİDEO

“Azərbaycanın Səsi” mahnı müsabiqəsinin ötən günkü buraxılışı yeni qalmaqalla yadda qalıb.

10Line.az Oxu.Az-a istinadən xəbər verir ki, hər zaman açıqlamaları ilə heyrətləndirən Elza Seyidcahan bu dəfə də gündəm olacaq fikirlər səsləndirib.

O proqramın digər münsifi Nazpəri Dostəliyevaya dərs dediyini və ondan bir qəpik də pul almadığını söyləyib:

“Siz mənə bir qəpik də pul ödəməmisiz. Yanımda amma özünüzə bahalı ətirlər almısız”.

 Nazpəri Dostəliyeva bu iddialara öncə gülsə də, həmkarını bazar adamı adlandırıb və sonra efiri tərk edib.