Natavan Həbibi: “Sevgisi uğrunda savaşması heç nəyi dəyişdirmədi" - VİDEO

Natavan Həbibi: “Sevgisi uğrunda savaşması heç nəyi dəyişdirmədi" - VİDEO
Globus Travel
Globus Travel
Globus Travel

Müğənni Natavan Həbibi "Qısqana-qısqana" adlı mahnısına çəkdirdiyi yeni klipini yutub kanalında təqdim edib.

Publika.az xəbər verir ki, sözləri Orxan Mürvətliyə, musiqisi isə Fərid Kərimliyə məxsus “Qısqana-qısqana” mahnısını "25 Film Group" ekranlaşdırıb.

Həbibi instaqram səhifəsində yeni klipindən kadrlar paylaşaraq təəssüratalarını bölüşüb:

“Sevginin nə qədər gözəl hiss olduğunu, sevib və sevilməyin nə dərəcədə isti bir hiss olduğunu hər birimiz bilirik. Təəssüflər olsun ki, elə sevgilər var ki, onlar imkansızdır. Təqdim etdiyimiz klipdə də biz imkansız sevgidən bəhs etdik. Baş qəhrəmanın günlərin bir günü “Su pərisi” ilə qarşılaşması və ona aşiq olmasını lentə aldıq. Özünüzün də izlədiyiniz kimi bu imkansız sevgi yolunda qəhrəmanımızın mübarizə aparması və sevgisi uğrunda savaşması heç nəyi dəyişdirmirdi.

Təbii ki, zaman öz amansızlığından bu hekayədə də yan keçmədi. İllər ötdükdən sonra qəhrəmanımız taleyi ilə barışıb bu sevginin heç bir zaman reallaşmayacağını anlayıb. Su Pərisini azadlığa, onu ilk qarşılaşdığı yerə buraxıb, oradan xoş xatirələr ilə ayrılmağı seçir. Sevginizə əziyyət vermədən sahib olmağı seçin. Düzgün qərar hər zaman xoş olmaya bilər, amma doğrudan qaçmaq mümkün deyil..."