Murad Əzimzadə: TV-yə baxılmamasının günahı aparıcılardadır

Murad Əzimzadə: TV-yə baxılmamasının günahı aparıcılardadır
Globus Travel
Globus Travel
Globus Travel

10line Axşam.az- a istinadən xəbər verir ki, Tanınmış aparıcı Murad Əzimzadə Televiziya və Radio Günü ilə bağlı açıqlama verib.

Oxu.Az-a danışan aparıcı öncəliklə həmkarlarına bu gün münasibətilə təbrik ünvanlayıb:

“Bu gün Teleradio əməkdaşların peşə bayramıdır. Bu münasibətilə radio və televiziya işçilərini təbrik edirəm. Teleradio şirkətləri efirdə üzü görünən, radioda səsi eşidilən insanlardan ibarət deyil. Onların arxasında yüzlərlə insan əməyi durur. Əsl təbrik həmin kadrarxasında olan şəxslərə düşür. Onlar görünmürlər, amma həmişə çalışırlar – xadiməsindən tutmuş, sürücüsünə kimi”.

Aparıcı söyləyib ki, yerli TV-lərə marağın azalmasının səbəbi sosial şəbəkələr və yaxşı məhsul hazırlaya bilməyən TV əməkdaşlarıdır.

“Peşəkar fəaliyyətə 10 il öncə başlamışam. Bu illər ərzində çox şey dəyişib. Təəssüflər olsun ki, mənfi məqamlar daha çoxdur. Bu da onunla bağlıdır ki, tamaşaçılarımız yerli TV-lərdən uzaq düşüb. Çünki əvvəllər sosial media az istifadə olunurdu.

“Facebook”a maraq bu qədər deyildi və “Instagram” yox idi. “Youtube” belə insanlar tərəfindən bu qədər mənimsənilməmişdi. Sosial şəbəkələr TV-yə olan marağı azaldıb. Burada tək onların yox, TV əməkdaşlarının, aparıcıların da günahı var. Çünki gərək yaxşı seriallar çəkək, layihələr çıxaraq, verilişlərimiz keyfiyyətli olsun.

Tamaşaçını Azərbaycan televiziyasına yenidən qaytarmaq lazımdır. Onları yenidən inandırmaq lazımdır ki, hər şey düzələcək. Buna da ümidimiz var, çünki istedadlı gənclərimiz var. 

Azərbaycanın TV və radio ənənəsi qədimdir. Bu tarixi yaşatmaq lazımdır. Bir az şoularımız, seriallarımız geri qalır. Onlar da yaxın illərdə düzələcək. TV işçilərimiz isə digər ölkələrdəki peşəkarlardan geri qalmırlar”.