Lamiyə Ələkbərovaya yeni vəzifə verilməsi xəbəri doğrudurmu? - RƏSMİ AÇIQLAMA

Lamiyə Ələkbərovaya yeni vəzifə verilməsi xəbəri doğrudurmu? - RƏSMİ AÇIQLAMA
Globus Travel
Globus Travel
Globus Travel

Tanınmış teleaparıcı Lamiyə Ələkbərovaya yeni vəzifə verilməsi barədə məlumat yayılıb.

10line.Az xəbər verir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım yenicag.az-a açıqlamasında xəbəri təsdiqləyib.

O bildirib ki, L.Ələkbərova Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalında direktor müavini vəzifəsinə təyin edilib və hazırda yeni layihələr üzərində çalışır.

Qeyd edək ki, Lamiyə Ələkbərova 1995-ci ildən 2006-ci ilədək AzTV-də çalışıb. O, daha sonra 11 il Lider TV-də fəaliyyət göstərib.

Aparıcı 2 il İctimai televiziyada Musiqili-əyləncə və xüsusi proqramlar Departamentinin direktoru vəzifəsini icra edib.