İşdən qovuldu - Həyatı dəyişdi - FOTO

İşdən qovuldu - Həyatı dəyişdi - FOTO
Globus Travel
Globus Travel
Globus Travel

Türkiyəli Didem Mollaoğlu adlı qadın maraqlı həyat tərzi ilə adından söz etdirib.

Axşam.az "Posta"ya istinadən xəbər verir ki, 40 yaşlı Didem 15 ilə qədər komunikasiya sahəsində çalışıb. Lakin o, işindən zövq almadığını və bütün dünyanı gəzmək istədiyini bildirib.

Mollaaoğlunun sözlərinə görə, bir gün iş yoldaşına "6 ay da işləyib pulumu yığacam və səyahətə çıxacam" dedikdən 5 saat sonra işi ilə vidalaşıb. Belə ki, onun bu sözlərini müdir eşidib və otağına çağıraraq "İşdən azadsan" deyib.

Didem bildirib ki, işdən çıxdığı üçün sevinən bəlkə də yeganə insan olub. 

Ondan sonra 40 yaşlı qadın arzusuna çatıb. O vurğulayıb ki, kirayə qaldığı evin əşyalarını satıb və Nepala bilet alıb. 

Didemin sözlərinə görə, həyatının bundan sonra daha çətin olduğunu bilə-bilə o, yoluna davam edib. Mollaoğlu deyib ki, Malaziyada olarkən onun hətta ən çox sevdiyi noutbukunu oğurlayıblar. Getdiyi ölkələrdə istənilən işlə məşğul olan qadın özünü saxlamaq üçün pul da qazanır.

Didem onu da qeyd edib ki, bu günə qədər 35 ölkə gəzib. Bundan sonra isə İran, Pakistan, Hindistan və yeniden Nepala getmək fikrindədir.