"Greencard"ı anam qazanıb" - Xalq artistinin oğlu

"Greencard"ı anam qazanıb" - Xalq artistinin oğlu
Globus Travel
Globus Travel
Globus Travel

Xəbər verdiyimiz kimi, xalq artisti Natiq Şirinov "Greencard" qazanıb.

10line Axşam.az-a istinadən xəbər verir ki, nağara ifaçısı ilə məsələ ilə bağlı fikir öyrənmək üçün əlaqə saxlayıb. Telefona musiqiçinin oğlu Ümid cavab verib. 

Atasının hazırda məşqdə olduğunu deyən Ümid "Greencard"ı özünün qazandığını söyləyib:

“Ailəm adından mən müraciət etmişdim. Kartı anam qazanıb. Qazanmağımızı mayda bildik. Buna görə bir müddətlik Amerikaya köçməliyik. Amma bunun nə vaxt baş verəcəyinə hələ qərar verməmişik”.

Qeyd edək ki, N.Şirinov bir müddət əvvəl oğluna Amerikada Berkeley universitetində təhsil alması üçün təklif gəldiyini demişdi. O bildirib ki, hətta ona orada master-klaslar keçmək deyilib.

Ümid isə ən böyük istəyinin Amerikada təhsil almaq olduğunu açıqlamışdı.