"Göydən gəlmişəm, kimsə mənə nəsə deyə bilməz" - Elnarə

"Göydən gəlmişəm, kimsə mənə nəsə deyə bilməz" - Elnarə
Globus Travel
Globus Travel
Globus Travel

Deyirlər, Elnarə toya tək bu qiymətə gəlir, mən ansambılla belə gedirəm. Öyrən oxumağı, sən də 15 minə toya get.

10line Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Elnarə Abdullayeva "Səhər-səhər" verilişində deyib.

Muğam ifaçısı musiqinin son vəziyyətindən gileylənib. Elnarə deyib ki, sənət aləmindəki hazırkı vəziyyət yaxşı deyil:

"Azərbaycan musiqisində balans pozulub. Bunu nizamlayan bir oğul lazımdır. Azərbaycan musiqisinin bir anası və bir atası var: aşıq və muğam. Muğam və aşıq sənətindən xəbəri olmayan musiqiçi deyil.

Deyirlər ki, Elnarə telefona cavab verəndə bacısının adından danışır. Mən ana, bacı, gəlinin telefona yaxın durmasının əleyhinəyəm. Heç kimdən qorxan adam deyiləm. Elə bir işim yoxdur ki, telefona cavab verməyim. Heç kim mənə nəsə deyə bilməz. Bəli, mən göydən gəlmişəm. Sənətə özümü göstərib gəlməmişəm. "Qoloş"u geyinib oxumuşam".

Elnarə geyimlərdən danışıb:

"İndi hamısı adını qoyub "butik". Mağazadır da. Kimə nə hardan alıb, nə qədər ödəmişəm. Sənəti olmayanlar üçün qiymətin dəxli var. Gücüm çatır alıb bunu geyinirəm"