Gəmiçilik - 160 adlı təsviri incəsənət sərgisi

Gəmiçilik - 160 adlı təsviri incəsənət sərgisi
Globus Travel
Globus Travel
Globus Travel

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün elan etdiyi təsviri incəsənət müsabiqəsi çərçivəsində sərgi keçirəcək. Sərgi 1-3 oktyabr tarixlərində Muzey Mərkəzinin Sərgi Qalereyasında təşkil olunacaq. 
Sərgidə rəngkarlıq, heykəltəraşlıq, qrafika istiqamətlərinə aid ümumilikdə 100-dən çox əsər nümayiş ediləcək. “Gəmiçilik - 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında olan hər bir təsviri incəsənət nümunəsində Xəzər dənizçilərinin çətin və spesifik əməyi, ölkəmizdə gəmiçiliyin inkişafı, Xəzərin əlverişli su yolu olması, zəngin təbii sərvəti, gözəl mənzərələri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin beynəlxalq sulardakı fəaliyyəti və s. əks olunur.