“Gift&Promo Fair 2018” sərgisində bayram abu-havası!

“Gift&Promo Fair 2018” sərgisində bayram abu-havası!
Globus Travel
Globus Travel
Globus Travel

Azərbaycanda ilk dəfə olaraq, 20-22 sentyabr tarixlərində “Boulevard Hotel Baku” mehmanxanasında 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “Gift&Promo Fair 2018” sərgisi keçiriləcək.

Üç gün ərzində sərgi, yerli və xarici şirkətləri bir araya gətirərək, geniş çeşidli, yüksək keyfiyyətli məhsullarla tanış olmaq üçün müstəsna bir imkan yaradacaq. Sərgidə promo məhsullar, VIP, korporativ, xüsusi sifarişlə hazırlanan hədiyyələr, biznes suvenirlər, hədiyyə qutuları, dəri məhsulları: qovluqlar, çantalar, pul kisələri və s., zərgərlik məmulatları, tekstil: hər növ bayraq istehsalı, gödəkcələr, şərflər, şapkalar və s. təqdim olunacaq.

Sizi gözəl hədiyyə qutusunun içində olan sürpriz qədər nə sevindirə bilər? Bəzi insanlar hədiyyə almağı sevir, bəziləri isə onları seçməyi. Kimisi üçün bir hədiyyə seçmək, onun qablaşdırmasını  hazırlamaq və nəhayət, onu sevgi ilə birinə təqdim etmək özü bir bayramdır. Bir səbəb olmadan bir daha sevginizi və diqqətinizi yaxın insanlara göstərmək istəyirsinizsə, o zaman “Gift&Promo Fair” sərgisini ziyarət etməyə tələsin!

Sərgi haqqında ətraflı məlumat və elektron dəvətnamə rəsmi saytda yerləşdirilibdir: www.giftfair.az.