Elvin "Səni deyirlər"ə oynayan məşhurları tənqid etdi

Elvin "Səni deyirlər"ə oynayan məşhurları tənqid etdi
Globus Travel
Globus Travel
Globus Travel

Müğənni Elvin Abdullayev "Səni deyirlər" mahnısına oynayıb sosial şəbəkədə yayan həmkarlarını tənqid edib. 

10line Axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu mahnının sədaları altında oynayanlara səslənib:

"Yetər artıq, "Səni deyirlər" adlı sonsuz mahnıya son qoyun. Millət bezdi... Bəsdirin bu mahnını reklam elədiniz. Ara ifaçıları qoyaq kənara, başqa vaxtı efirdə Şövkət Ələkbərovadan, Rəşid Behbudovdan, Müslüm Maqomayevdən yekə-yekə danışan tanınmışlar ayıb deyil sizə?".

Qeyd edək ki, İranda yaşayan cənubi azərbaycanlılar sözügedən mahnıya rəqs fləşmobu hazırlayıblar.