Elnarə "padlo" söhbətinə aydınlıq gətirdi

Elnarə "padlo" söhbətinə aydınlıq gətirdi
Globus Travel
Globus Travel
Globus Travel

Tanınmış xanəndə, əməkdar artist Elnarə Abdullayeva ötən gün qonağı olduğu "5-də 5" verilişində maraqlı fikirləriylə yadda qalıb.

10line.az ölkə.az-a istinadən xəbər verir ki, xanəndə verilişin aparıcısı Zaur Kamalın aktyor qonaqlar Məcid Hüseynov və Rəsul Abbasova qadın geyimi geyinməyi təklif etməsinə "kişisayağı" reaksiya verib:

"Aktyor hər rola girməlidir. "Padlo" deyil ki". 

Əməkdar artistin bu ifadəsi sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub. Xanəndə əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirdi:
"Əgər bu sənəti seçmisənsə, əsl aktyorsansa, hər rola girməyi bacarmalısan. Burda nə var ki? Aktyora nə qəbahət ola bilər ki? Hərdən olur da, sözü tapmayanda rusca qarşılığını işlədirəm. O problem deyil (gülür). Amma sənətkarsansa, o işə aid olan nə varsa, sənindir. Hər rolu bacarmaq yaxşı şeydir".

Xanəndə sənəti barədə də danışıb:
"Sənətimdə də yeniliklər var. Amma o yeniliklərin əlli faizini həyata keçirəndən sonra açıqlama verə bilərəm. Hələ ki çalışıram".