Colidən alqışlanacaq addım - FOTO

Colidən alqışlanacaq addım - FOTO
Globus Travel
Globus Travel
Globus Travel

Aktrisa Ancelina Coli "Come Away"adlı filiminin çəkilişlərini başa vurduqdan sonra yenidən xeyriyyə işləri ilə məşğul olmağa başlayıb.
 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa bu dəfə Peruya 3 günlük səfər edib. O, Venesuelada yaşamağa çətinlik çəkərək Peruya köçən insanları ziyarət edib.

Bu barədə danışan Ancelina deyib:

"Danışdığım hər venesuelalı bir faciə ilə üzləşirdi. Eşitdim ki, onkoloji xəstəlikdən əziyyət çəkən və bunu müalicə etdirməyə imkanı olmayan, insulin ala bilməyən neçə-neçə şəkər xəstələri, antibiotiksiz qalan körpələr dünyasını dəyişib. Venesuelalılar kömək istəmirlər. Onlar özlərini idarə edə bilmək üçün şərait istəyirlər".

Coli eyni zamanda Peru prezidenti Martin Viskarra ilə də görüşüb.