Cinsiyyətini dəyişən aktyor etiraf etdi
Cinsiyyətini dəyişərək ailə quran aktyor Rüzgar Erkoçlar xanımı Tuğba Beyzaoğlu ilə verilişlərdən birinə qonaq olub.
10Line.az Axşam.az-a istinadən xəbər verir ki, Rüzgar Tuğbaya necə evlilik təklifi etməsi haqda danışıb:
“Çox araşdırdım. Ən sonra restoranların birində evlilik təklifi etməyi qərara aldım. Məkana bir rəssam çağırdım. Restoran sahibi dedi ki, rəssam çağırmışıq, sizin də şəklinizi çəksin. Biz də razılaşdıq. O, ikimizin rəsmini çəkməyə başlayanda mən də evlilik təklifi etdim. Fotoda da yalnız “Mənimlə evlənərsənmi” sözləri yazılmışdı. Həmin vaxt həyəcandan üzüyü çıxarmağı unutmuşam. Onun bütün dostlarını da dəvət etmişdim. Tuğba hər kəsi görəndə təəccübləndi. Təklifimə “hə” dedi”.
Qeyd edək ki, ikili ötən il ailə qurub.