Boşanmağa hazırlaşan cütlüyün qızı doğulacaq

Boşanmağa hazırlaşan cütlüyün qızı doğulacaq
Globus Travel
Globus Travel
Globus Travel

Boşanmağa hazırlaşan futbolçu Hakan Çalhanoğlu və Sinem Gündoğdu cütlüyünün qızı dünyaya gələcək.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, ötən il ailə quran ikili artıq 5 aya yaxındır boşanma qərarı alıb. Sinem isə hamiləliyinin 4-cü ayındadır.

Cütlüyün boşanmaq istəməsinə səbəb xəyanət iddiaları olub. Bu barədə Hakan İnstaqram hesabında yazmışdı:

“Əziz dostlar, evliliyə olan hörmətimə görə, boşanmaq haqda danışmaq istəmirdim. Lakin bu səssizliyə son qoymaq qərarına gəldim. Çünki aldığımız qərarda günahkar tərəf mənim olduğum düşünülür. Açıqlama verməyə ehtiyac duydum. Çox ciddi və bağışlana bilməyəcək hadisə baş verdiyi üçün boşanacam. Əgər övladım dünyaya gəlsə, lazım olan hər şeyi edəcəm, amma həyat yoldaşım və ailəsi ilə görüşməyəcəm. Amma gerçəyi öyrənəndə mənim haqlı olduğumu görəcəksiniz”.

Bunun ardınca Sinem də açıqlama verərək bu sözləri demişdi:

“Kiməsə hücum etmək özünü qorumağın ən yaxşı yoludur. Mən də sənin kimi səssizliyimi qorumaq istəyirdim. Amma verdiyin açıqlama insanların səhv düşünməsinə imkan yaradır. Bu açıqlamadan sonra insanlar elə bildi ki, mən sənə xəyanət etmişəm”.