Baskovla Vika niyə evlənə bilmir? - FOTO

Baskovla Vika niyə evlənə bilmir? - FOTO
Globus Travel
Globus Travel
Globus Travel

Rusiyanın xalq artisti Nikolay Baskov aparıcı və model Viktoriya (Vika) Lopyreva ilə münasibətindən danışıb.

10line qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi sevgilisi ilə işlərinin çox olması ilə bağlı görüşmədiyini bildirib. O, toy barədə yayılan məlumatları da şərh edib:

"Aramızda əlaqə güclüdür. Sevgi üçün ən əhəmiyyətli şey qarşılıqlı anlayış və bir-birinə olan maraqdır. Nədənsə bizim toyumuz baş tutmur, münasibətimizi rəsmiləşdirə bilmiririk. Ailə başçısı olmaq istəyirəm, lakin işlər və zaman buna imkan vermir".

Qeyd edək ki, cütlüyün iyul ayından evlənəcəkləri barədə məlumatlar yayılmışdı. Hətta Çeçenistan lideri Ramzan Kadırov xalq artisti ilə modelin nikahının oktyabrın 5-də Qroznıda baş tutacağını açıqlamışdı.

Model isə Rusiyada keçirilən Dünya Çempionatından sonra toy barədə düşünəcəklərini bildirmişdi.