Ancelina Coli borc içində üzür

Dünyanın ən məşhur aktrisalarından biri, Hollivud ulduzu Ancelina Coliçətin günlər yaşayır.  

10LINE.az Oxu.az-a istinadən xəbər verir ki, o, 25 milyon dollarlıq qonorarını ala bilmək üçün “Malifesenta-2” filminin çəkilişlərinin başa çatmasını səbirsizliklə gözləyir.

Aktrisanın vəsaitinin tükəndiyi bildirilir. Ancelina Colinin yaratdığı və başçılıq etdiyi xeyriyyə fondu müxtəlif təşkilatlara milyonlarla dollar borcludur.

Aktrisanın “J.D.H.Office Ltd.” şirkətinin isə cəmi 66 min dollarlıq aktivləri, 2,2 milyon dollardan artıq borcları var. İndi Hollivudun ən nüfuzlu aktrisası artıq Ancelina Coli yox, Cennifer Enistondur.

Beş il əvvəl rejissorluğa başlayan A.Colinin çəkdiyi filmlər cəmi iki milyon dollar qazanc gətirib. Coli rejissorluğu dayandıraraq yenidən aktrisalığa qayıtmağa məcbur olub.