"Alçaq hərəkətlərinizdən utanın" - Meyxanaçı Samirə barmaq silkələdi - VİDEO

"Alçaq hərəkətlərinizdən utanın" - Meyxanaçı Samirə barmaq silkələdi - VİDEO
Globus Travel
Globus Travel
Globus Travel

Meyxanaçı Samirə Yusifqızı Space TV-də yayımlanan "Gəl dərdini danış" verilişində qonaq olub. 

10line Baku.ws-ya istinadən xəbər verir ki, S. Yusifqızı verilişdə son vaxtlar sosial şəbəkələrdə ünvanına yazılan təhqirlərə cavab verib. 

Meyxanaçı bildirib ki, onu təhqir edən şəxslərlə məhkəmədə görüşəcək:

"Birinci, sosial şəbəkələrdə yüz cür saytlar var. O saytlarda əyləşən bəzi dırnaqarası müxbirlərə demək istəyirəm ki, şəxsi səhifəmdən mənə aid olan məlumatı paylaşanda birinci məndən icazə almalısınız. İkincisi, orada şərh bölümünü niyə açıq qoyursunuz? Kimsə orada ağzına gələn sözləri yazır, təhqirlərə yol verir. Bununla nə əldə etmək istəyirsiniz? Bizi gözdən, nüfuzdan salmaq istəyirsiniz? Onsuz da xalq bizi yaxşı tanıyır. 

Həyatda heç nə edə bilmirlər, heç bir nailiyyətləri yoxdur oturub min cür təhqirlər yazırlar. Baxın, Samirə xanım bunu sizə efirdən deyir. Samirə xanımın bütün səhifələri izlənilir, vəkili bununla məşğul olur. Heç narahat olmayın, bu yaxınlarda sizinlə lazım olan yerdə görüşəcəyik. Bəsdirin! Danışmıram, demirəm, amma bu o demək deyil ki, siz məni təhqir etməlisiniz. Mən xalqımın qarşısında heç vaxt eybəcər, tərbiyəsiz iş görməmişəm. Yenə də siz ağzınıza gələni yazırsınız. Siz kimsiniz ki, əlinizə telefon götürüb orada nələrsə yazasızınız. Üzr istəməyi də heç kəs ağlına gətirməsin, çünki bağışlamayacağam. Buna məhkəmədə lazımi qaydada cavab veriləcək. Təzminat almayınca onlardan əl çəkməyəcəyəm". 

Bir müddət əvvəl "Hər şey daxil" verilişində meyxanaçı həmkarı Oqtay Kamili yanağından öpməsi ilə bağlı isə S. Yusifqızı bunları deyib:

"Ay bunu yazanlar, siz dostlarınızla görüşəndə öpüşmürsünüz? Burada nə var ki? Üzr istəyirəm, dodaq-dodağa öpüşməmişəm, məni qol qoyun görməmisiniz. Bu alçaq-alçaq, rəzil hərəkətlərinizdən utanın".