Acun və Şeyma boşandı - YENİLƏNİB + VİDEO
Acun və Şeyma boşandı - YENİLƏNİB + VİDEO
“TV8” kanalının rəhbəri, aparıcı Acun Ilıcalı və Şeyma Subaşı boşanıb.
10LINE.az Oxu.az-a istinadən xəbər verir ki, məhkəmə sonrası Acun Ilıcalı ilk dəfə jurnalistlərə açıqlama verib.
“Evliliyi xilas etmək üçün bir neçə dəfə cəhd etsək də, alınmadı”, - deyə o bildirib.
14:28
“TV8” kanalının rəhbəri, aparıcı Acun Ilıcalı ilə xanımı Şeyma Subaşı boşanmağa qərar veriblər.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün boşanmaları üçün bir çox səbəbin olduğu deyilir.
Cütlük bu xəbəri “Kanal D”-də efirə gedən “İkinci Sayfa” verilişinin aparıcılarına mesaj yazaraq təsdiqləyiblər:
”Boşanırıq, xəbərlər doğrudur. Hər kəs üçün xeyirlisi olsun”.
Qeyd edək ki, ötən ilin sentyabrında Fransada evlənən cütlüyün Melisa adlı beş yaşlı qızları var.