79 yaşlı Xalq artisti canlı yayımda “jim” etdi - VİDEO
“Xəzər” TV-nin “Hər şey daxil” proqramında qonaq olan Xalq artistiTeymur Mustafayev hər kəsi təəccübləndirib.
10Line.az Oxu.Az-a istinadən xəbər verir ki, 79 yaşlı xanəndə canlı efirdə trener Xəqani Səlimovla duelə çıxıb və 50 dəfə “jim” edib.
Yaşına baxmayaraq, hələ də qıvraq qaldığını sübut edən qocaman xanəndə proqramın qonaqlarının köməyilə ayağa qalxıb və alqışlanıb.